Üçüncü Buktreyler Festivalının promo çarxı təqdim olunub (VİDEO)


Digərləri 12 Mar 2018 21:43:28 219 0

Üçüncü Buktreyler Festivalının promo çarxı təqdim olunub (VİDEO)

Üçünü Buktreyler Festivalının promo vidoeçarxı təqdim olunub.

Bakı. Üçünü Buktreyler Festivalının promo vidoeçarxı təqdim olunub. Trend-in məlumatına görə, çarxın rejissoru və dublyaj Ruslan Sabirliyə, qrafika işi Tariel Bağırzadə, səs yazılışı Azər Hacıəskərliyə məxsusdur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir. Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Son müraciət tarixi: 8 Aprel, 2018