Xalq artisti atası üçün göz yaşı tökdü: "O qədər böyük dərddir ki..."


Kriminal 12 Mar 2018 21:33:00 320 0

Xalq artisti atası üçün göz yaşı tökdü: "O qədər böyük dərddir ki..."

Xalq artisti Gülyaz Məmmədova atası haqqında danışıb.

Son.az-a açıqlama verən müğənni atasını qəfil itirdiyini bildirib.

"Atamın bu tezliyində bizdən ayrılacağını düşünmürdük. Çünki onun canı sağlam idi, özünü hər cür xəstəliklərdən qoruyurdu. Kənddən qəfil zəng etdilər ki, tez gəlin, əminiz ağırdır. Kəndə gedəndə əmim ölümdən döndü, amma qəfildən atam rəhmətə getdi. O qədər böyük dərddir ki... İnsana həmişə valideyn lazımdır. Yaşından asılı olmayaraq (ağlayır)", - deyə xalq artisti bildirib.