69 yaşlı kişi köpək balığını yumruqlayaraq ondan xilas olub VİDEO


Digərləri 12 Mar 2018 21:00:00 283 0

69 yaşlı kişi köpək balığını yumruqlayaraq ondan xilas olub  VİDEO

Avstraliyada 69 yaşlı kişi ona hücum edən köpək balığından yaxa qurtara bilib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Viktoriya ştatının Serf Kost Şir vilayətində baş verib. Rob Krossland dənizdə üzərkən 3,5 mertlik köpək balığının kölgəsini görüb.

"Mən əvvəlcə ətrafımda dövr edən üzgəci gördüm, daha sonra isə köpək balığı düz mənim üstümə gəldi", - deyə o bildirib.

Ondan sonra Krossland suyun dibinə üzüb və köpək balığı ona yaxınlaşdıqda burnuna vurmağa başlayıb.

"O, altı, yaxud yeddi dövrə vurdu və hər dəfə mən onu vurdum, o, gedib yenə qayıdırdı", - deyə zərərçəkən izah edib.