Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi


Dünya 12 Mar 2018 20:37:07 230 0

Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi

Slovakiyada fevralın 25-də öldürülən araşdırmaçı jurnalist Yan Kutsiyak və sevgilisi Martina Kuşnirovanın qətlindən sonra daha bir nazir istefa verib.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, mədəniyyət naziri Marek Madyariçdən sonra daxili işlər naziri Robert Kalinyak da istefa verib.

Cinayətin üstünün açılmasında aciz qalan nazir təzyiqlərə tab gətirə bilməyib və vəzifəsindən ayrılıb.