Mal-qara oğruluğunda şübhəli bilinən şəxslər saxlanılıb


Digərləri 12 Mar 2018 20:36:00 234 0

Mal-qara oğruluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək, mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.

Bakı. Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən Rayon Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 4-də kəndin kənarında olan örüş sahəsindən ona məxsus dəyəri 800 manat olan bir baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılaraq şöbəyə gətiriliblər. Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanı satdıqlarını bildiriblər.