Bakıda “Şair və Vətən” adlı şeir gecəsi keçiriləcək


Digərləri 12 Mar 2018 20:13:49 177 0

Bakıda “Şair və Vətən” adlı şeir gecəsi keçiriləcək

Tədbir Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunacaq

Sabah Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında azərbaycanlı şeirsevərlərə Azərbaycan və Türkiyə ədəbiyyatlarından seçilmiş şeirlərdən ibarət "Şair və Vətən" adlı bir şeir gecəsi təşkil ediləcək.

"Report" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunacaq.

Gecədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millətvəkilləri, şairlər və aktyorlar iştirak edəcəklər.