Mogerini: ""Şərq Tərəfdaşlığının" böyük potensialını birgə səylərlə həyata keçirmək olar"


Siyasət 12 Mar 2018 20:13:20 274 0

Mogerini: ""Şərq Tərəfdaşlığının" böyük potensialını birgə səylərlə həyata keçirmək olar"

"Şərq Tərəfdaşlığı" böyük potensiala malikdir və bu potensial birgə səylərlə reallaşdırmaq mümkündür.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun tədimatında tədbir iştirakçılarına Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin ünvanladığı video-müraciətdə deyilir.

F.Mogerini deyib: "Biz birlikdə "Şərq Tərəfdaşlığı"nın böyük potensialını Avropa qitəsinin bütün vətəndaşları üçün reallaşdıra bilərik".

F.Mogerini xatırladıb ki, ötən ilin noyabrda Brüssel sammiti zamanı Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığı yeni, daha məqsədli səviyyəyə çatdırmaq barədə qərar qəbul edilmişdi:

"İlk dəfə olaraq bizim "Şərq Tərəfdaşlığı" çərçivəsində konkret yol xəritəmiz var ki, bura 20 praktik vəzifə daxildir və bunlara 2020-ci ilə qədr nail olunmalıdır. Bu vəzifələrdən hər biri bizim vətəndaşlarımızın gündəlik həyatı ilə bağlıdır".

Qeyd edək ki, bu gün Brüsseldə Aİ-nin təşəbbüsü ilə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturu təqdim olunub.

Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Aİ ölkələrinin yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

Azərbaycanı tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

"Şərq Tərəfdaşlığı" ölkələri və Aİ dövlətləri arasında yeni institusional tərəfdaşlıq strukturu ilk növbədə bu ölkələrin vətəndaşları üçün real faydalar gətirəcək islahatların səmərəli şəkildə aparılmasına istiqamətlənib.

Yeni struktur ötən ilin noyabrında "Şərq Tərəfdaşlığı" sammitində qəbul edilib.