"Utanırsan?" Nura Samirə əsəbiləşdi


Şou-biznes 12 Mar 2018 19:50:00 319 0

"Utanırsan?"  Nura Samirə əsəbiləşdi

Müğənni Nura Suri ilə Samir Cavadzadə arasında qalmaqal daha da alovlanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Nura "ATV maqazin onlarla"ya açıqlamasında Samirin ona əsəbi cavab verməsini qınayıb:

"Demişəm ki, öz anasına zəng etmir, öz aləmində yaşayan insandır. Olmayanı demişəm ki? Təhqir etmişəm? Olanı demişəm də... Heç kimi təhqir etməmişəm, nə dediyimi bilən adamam. Yüz-ölçüb, bir biçən insanlardanam. Sən utanırsan, bu sözü deyəndə? Ömür boyu əlindən dartıram, sənə deyirəm efirdə olmalısan, hər yerdə səni tərifləyən biriyəm. Səni gətirib birinci edirəm. Zəng vurdum, deyir, tək sənə yox, hamıya deyirəm".