Avtomobildən 6 min dollar oğurlayan şəxs tutuldu


Digərləri 12 Mar 2018 19:18:00 208 0

Avtomobildən 6 min dollar oğurlayan şəxs tutuldu

Avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılıb.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Nurəddin Qarayev Səbail RPİ 39-cu PB və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabr ayının 23-də Səbail rayonu ərazisində "Mercedes" markalı avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinir.