Bir neçə oğurluqda şübhəli bilinən II-ci qrup əlil saxlanılıb


Digərləri 12 Mar 2018 19:10:00 198 0

Bir neçə oğurluqda şübhəli bilinən II-ci qrup əlil saxlanılıb

Siyəzəndə oğurluq edən Xaçmaz sakini saxlanılıb.

Bakı. Siyəzəndə oğurluq edən Xaçmaz sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, martın 8-də Siyəzən şəhər sakini Rəşad Muradov RPŞ-yə ərizə ilə müraciət edərək ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nəğd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini əvvəllər məhkum olunmuş II-ci qrup əlil Hicran Qurbanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.