"Bank of Baku"dan sərfəli şərtlərlə 20.000 AZN-dək nağd pul krediti


Digərləri 12 Mar 2018 18:57:41 236 0

"Bank of Baku"dan sərfəli şərtlərlə 20.000 AZN-dək nağd pul krediti

Bank of Baku nağd pul krediti üzrə məbləği 20.000 AZN-dək artırıb, şərtlərini isə daha da sərfəli edib.

Bakı. Fəaliyyəti dövrü ərzində hər zaman müştərilərinin ehtiyac və istəklərinə önəm verən Bank of Baku, məhz onlar üçün nağd pul krediti üzrə məbləği 20.000 AZN-dək artırıb, şərtlərini isə daha da sərfəli edib. Bankdan Trend-ə verilən məlumata görə, Bank of Baku-nun müştəriləri müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan 20.000 AZN-dək Nağd Pul Kreditini daha aşağı faizlə, daha uzun müddətə və daha ASAN şərtlərlə əldə edə bilərlər. Bank of Baku-dan sadələşdirilmiş YENİ və daha SƏRFƏLİ şərtlər: Kredit məbləği 20.000 AZN-dək artırıldı; İllik faiz dərəcəsi 23%-dək endirildi; Ödəniş müddəti 48 ayadək uzadıldı; Əmək haqqı tələbi yoxdur – Bank bütün sahələrdə çalışan şəxslər üçün minimal əmək haqqı tələbini ləğv etdi; ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – Aylıq gəlirdən asılı olaraq 15.000 AZN-dək kredit zaminsiz verilə bilər; NÖVBƏSİZ çevik rəsmiləşmə; Rəsmiləşdirmə komissiyası isə sadəcə 1% təşkil edir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan 20.000 AZN-dək nağd pul kreditindən Azərbaycan Respublikası ərazində yaşayan və qeydiyyatda olan hər kəs faydalana bilər. Qeyd edək ki, maaş kartı digər banklara aid olan müştərilər də Bank of Baku-ya müraciət edə və 20.000 AZN-dək nağd pul kreditini əldə edə bilərlər.