Nur payı Atası polis, özü və qızı polis həkimi FOTO


Digərləri 12 Mar 2018 18:45:00 330 0

Nur payı  Atası polis, özü və qızı polis həkimi  FOTO

DİN-in Tibb İdarəsinin həkim-okulisti Reyhan Zülfüqarova polis əməkdaşlarının sağlamlığı keşiyində duran cəfakeş həkimlərimizdəndir. Özü də nə az, nə çox - ömrünün düz 42 ilini bu müqəddəs peşəyə həsr edib. Bu illərdə yüzlərlə, minlərlə xəstəyə şəfa verib, necə deyərlər, gözündən, görməsindən şikayəti olan əməkdaşların dərdinə əlac edib. Xəstələrin gözlərinə həm də qəlbinin duyğusuyla, ürəyinin nuru ilə məlhəm qoyub.

Polis peşəsini, polis əməkdaşlarının işinin ağırlığını, gərəkliyini ailədən görüb, dəyərləndirib. Bəlkə yox, elə həqiqət budur ki, uşaq vaxtlarında bu peşə sahiblərinin sağlamlığının, güclü, dözümlü olmasının cəmiyyət üçün nə qədər dəyərli, əhəmiyyətli olduğunu görüb, qiymətləndirib.

Atası - polis polkovniki, görkəmli hüquqşünas Ərzuman Əhməd oğlu Zülfüqarov daxili işlər orqanlarında şərəf və ləyaqətlə xidmət edib, uzun illər Cinayət Axtarışı İdarəsinin rəisi olub, onun dəyərli fəaliyyəti, zəngin təcrübəsi gənc əməliyyatçıların, hüquqşünasların yetişməsində kitab, dərslik kimi xüsusi önəm daşıyıb.

O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, öz sənətini sevən həkimdir. Müqəddəs peşə sahibidir.

Qızı Aysel də anasının, atasının, babasının yolunu davam etdirir, DİN-in 1 saylı Poliklinikasında həkim-allerqoloqdur.


Xəbərə aid fotolar