"Neftçi" İzmirdə italyan və ispan klubları ilə qarşılaşacaq


İdman 12 Mar 2018 18:15:00 333 0

"Neftçi" İzmirdə italyan və ispan klubları ilə qarşılaşacaq

“Neftçi”nin 12 yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan Türkiyənin İzmir şəhərində start götürəcək “İzmir Cup” beynəlxalq turnirinə qatılacaq. Goal.az xəbər verir ki, 48 komandanın iştirak edəcəyi yarışda "Neftçi” B qrupunda yer alıb. Rəqiblər "Athletic” (İspaniya), "Sampdoria” (İtaliya), "Fenerbahçe” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdır. “İzmir Cup”a aprelin 8-də yekun vurulacaq.