Dünyaca məşhur modelyer vəfat etdi


Dünya 12 Mar 2018 17:52:00 482 0

Dünyaca məşhur modelyer vəfat etdi

Dünyanın ən məşhur modelyerlərindən biri, 91 yaşlı fransız markiz Über Ceyms Marsel Taffen de Jivanşi vəfat edib.

Son.az Madame Figaro-ya istinadən bildirir ki, "Givenchy" moda evini Jivanşi 1952-ci ildə, 25 yaşı olanda açmış və bununla da o, Fransanın moda tarixində ən gənc kuturye olmuşdu.

Onun daimi müştəriləri arasında kino əfsanəsi Odri Höpbörn və ABŞ-ın mərhum prezidenti Con Kennedinin dul xanımı Jaklin Kennedi-Onassis də vardı.