Səfir: "Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir"


Siyasət 12 Mar 2018 17:55:00 293 0

Səfir: "Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir"

Hindistan şirkətləri əczaçılıq sahəsində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir vurğulayıb ki, Hindistan öz əczaçılıq sənayesi ilə məşhurdur:

"Hindistan şirkətləri əczaçılıq sahəsində, əsasən də Pirallahı Sənaye Parkında birgə müəssisələrin yaradılmasında maraqlıdır".

S.Rana əlavə edib ki, hazırda Hindistanın "SunPharma" və Azərbaycanın "Gilan Holding" şirkətləri arasında Azərbaycanda bu cür müəssisənin yaradılması üçün danışıqlar aparılır.