Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq


Digərləri 12 Mar 2018 17:43:00 215 0

Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir

Bakı. İlkin Şəfiyev - Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək: