SON DƏQİQƏ! Türkiyə Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır


Dünya 12 Mar 2018 17:25:24 267 0

SON DƏQİQƏ! Türkiyə Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin ətrafında 1100 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Bu gün Türkiyə qoşunları daha beş yaşayış məntəqəsini azad edib. Türkiyə KİV-ləri məlumat verir ki, qoşun Afrinin mərkəzindən 1,5 kilometr məsafədədir.