Anasını silahla hədələyən oğul tutuldu


Digərləri 12 Mar 2018 17:28:00 184 0

Anasını silahla hədələyən oğul tutuldu

Bakı şəhər sakini Polad Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib

Müraciətdə qadın qeyd edib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib.