Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir VİDEO FOTO


Digərləri 12 Mar 2018 16:25:00 230 0

Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir  VİDEO  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

MN-dən Son.az-a verilən məlumata görə, qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.