Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500ə çatıb


Digərləri 12 Mar 2018 16:16:00 267 0

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500ə çatıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 500 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.