"Unibank kuboku"nun qalibləri məlum oldu


Digərləri 12 Mar 2018 15:40:00 202 0

"Unibank kuboku"nun qalibləri məlum oldu

Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı idman növü üzrə "Unibank kuboku -2018"-in qalibləri müəyyən edilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir, 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komanda Tokio-2020-yə ciddi hazırlaşır: "Bizim hesablamalarımıza görə, azı 2 güllə atıcımız 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmalıdır. Güllə atıcılığında bizim yeni tərəfdaşımız Unibankdır və Unibankın komandaya uzunmüddətli və yaxından dəstək olması idmançılarımızı daha da ruhlandırıb".

"Unibank" KB ASC-nin İdarə Heyəti sədrinin pərakəndə bankçılıq və marketinq üzrə müavini Taleh Tahirli də idmançılara uğurlar arzulayıb: "Biz qürur duyuruq ki, böyük yarışlara hazırlıq zamanı Unibank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu yarışda biz idmançılarımızın necə əzmlə mübarizə apardıqlarnı gördük və inanırıq ki, güllə atıcılarımız qarşıdakı beynəlxalq yarışlardan yüksək nəticələrlə dönəcəklər".

Güllə atıcılığı üzrə Milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: "Yarışda özüm də idmançı kimi iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı bir yarış oldu. Bu həm də böyük yarışlara hazırlıq idi. Unibank qarşıdakı 3 ildə bizim yaxın dəstəkçimiz olacaq, bu bizi böyük qələbələrə daha da ruhlandırır".

"Unibank kuboku-2018"in qadın idmançılar arasında qalibi Aybəniz Babayeva: "Bu gün çox gözəl yarış keçdi. Həyəcanlı olsam da, gözəl nəticə əldə etdim. Hədəf təbii ki, Tokio-2020-dir!"


Xəbərə aid fotolar