Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb


Digərləri 12 Mar 2018 15:47:22 215 0

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib.

Bakı. Elçin Mehdiyev – Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 500 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.