Gürcüstanın baş nazir: "Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır"


Siyasət 12 Mar 2018 15:31:56 272 0

Gürcüstanın baş nazir: "Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır"

Giorgi Kvirikaşvili: "Gürcüstan hər zaman qlobal layihələrdə Azərbaycanın mövqeyini dəstəkləyir"

"Azərbaycan və Gürcüstanın xüsusi strateji tərəfdaş olduğunu nəzərə alaraq, Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir. Ölkələrimiz arasında iqtisadi münasibətlərin dirçəliş yolunda olmasına görə çox şadıq".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Gürcüstanın baş naziri isti qarşılanmaya görə Prezidentə minnətdarlığını bildirib və diqqəti iqtisadi əlaqələrin inkişaf dinamikasına yönəldib.

Onun sözlərinə görə, Gürcüstan hər zaman qlobal layihələrdə Azərbaycanın mövqeyini dəstəkləyir.