Polşa Rusiyadan elektik enerjisi almamağa çağırdı


Dünya 12 Mar 2018 15:26:00 274 0

Polşa Rusiyadan elektik enerjisi almamağa çağırdı

Polşanın energetika naziri Kşiştof Txujevskiy Rusiyanın istehsal etdiyi elektrik enerjisini almaqdan imtina etməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir fikrini belə əsaslandırıb ki, Aİ ölkələrində bərpa olunan enerjiyə dotasiyalar var, insanların sağlamlığı və ətraf mühitə görə də ödənişlər var:

"Aİ bunlara riayət edir. Rusiyada isə belə tələblər yoxdur, ona görə də elektrik enerjisi orada ucuz başa gəlir. Mən ümumiyyətlə Rusiyadan elektrik enerjisi almamağın tərəfdarıyam".