Sabunçuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb


Digərləri 12 Mar 2018 15:28:33 179 0

Sabunçuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Sabunçu rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Nicat Məmmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 bükümdə çəkisi 2,519 qram qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.