Daşkəsəndə oğurluq edən dəstə üzvlərinin


Kriminal 12 Mar 2018 15:17:00 221 0

Daşkəsəndə oğurluq edən dəstə üzvlərinin

Daşkəsəndə oğurluqla məşğul olan bir neçə nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il rayonun mərkəzi poçtundan bağlamaları oğurlayan 3 nəfər, rayonun Qazaxyolçular kənd sakinləri 31 yaşlı Amid Bağırov, 27 yaşlı Samir Namazov və 21 yaşlı Ədil Məmmədov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri yaşadıqları kənddə iki evin hər birindən dəyəri 800 manat olan məişət və ev əşyaları, rayon mərkəzində olan iki mağazanın hər birindən 1000 manat dəyərində əşyalar, ərzaq və danışıq kartları oğurlayıblar. Həmçinin onlar Xoşbulaq kəndində olan bir neçə evdən də məişət əşyaları aparıblar. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Xəbərə aid fotolar