Azərbaycan və Aİ arasında aviasiya sazişi AZAL-ın yenidən qurulmasından sonra imzalanacaq (ÖZƏL)


Digərləri 12 Mar 2018 14:56:00 187 0

Azərbaycan və Aİ arasında aviasiya sazişi AZAL-ın yenidən qurulmasından sonra imzalanacaq (ÖZƏL)

Azərbaycan və Aİ arasında aviasiya sazişi AZAL-ın yenidən qurulmasından sonra imzalanacaq.

Brüssel. Ləman Zeynalova - Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya sazişinin imzalanması "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yenidən qurulmasından sonra baş tutacaq. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında deyib. Nazir müavini vurğulayıb ki, aviasiya sazişinin hazırlanması praktiki olaraq başa çatıb: "Lakin hazırda AZAL-ın yenidən qurulması haqqında qərar var. Bu yenidənqurmadan sonra - artıq müvafiq struktur seçilib - həmin saziş imzalanacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin