Cəlilabadda 9 yaşlı uşaq göldə boğuldu


Digərləri 12 Mar 2018 14:32:00 359 0

Cəlilabadda 9 yaşlı uşaq göldə boğuldu

Cəlilabad rayonunda 9 yaşlı uşaq göldə boğulub. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov balıq tutmaq istəyərkən ayağı sürüşüb və gölə düşüb. 

Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.