Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur


Digərləri 12 Mar 2018 14:32:42 252 0

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

Bakı. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.