"New York Times": Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün plan hazırlayır


Dünya 12 Mar 2018 14:20:06 325 0

"New York Times": Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün plan hazırlayır

Bu plan tezliklə ABŞ Prezidenti Donald Tramp tərəfindən ictimaiyyətə təqdim ediləcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrail-Fələstin münaqişəsinin həlli üzrə planın hazırlanmasının son mərhələsindədir.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti üç məmura istinadən yazıb.

Nəşrin məlumatına görə, bu plan tezliklə D.Tramp tərəfindən ictimaiyyətə təqdim ediləcək.

Rəsmilər deyirlər ki, Ağ ev üçün ən ciddi çağırış sənədin dərc olunan kimi fələstinlilərin etirazları və İsraildə qeyri-sabit siyasi vəziyyət ilə əlaqədar "ölü doğulmuş" olaraq tanınmamasıdır.

Qeyd edək ki, ABŞ hökuməti son bir neçə ay ərzində dəfələrlə Yaxın Şərqdəki münaqişənin birdəfəlik nizamlanmasına dair yeni təkliflər hazırladığını bəyan edib.

Mənbənin bildirdiyinə görə, ABŞ prezidenti bu planın həyata keçiriləcəyinə və Yaxın Şərq böhranını həll edəcəyinə ümid bəsləyir.