Nazir müavini: ""Şərq tərəfdaşlığı" üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir"


Siyasət 12 Mar 2018 14:26:12 320 0

Nazir müavini: ""Şərq tərəfdaşlığı" üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir"

"Şərq tərəfdaşlığı"nın üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal olunub və bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib,onların fundamental hüquqları pozulub.