"Suriyada kimyəvi silahların istehsalı üçün gizli yer tapılıb"


Dünya 12 Mar 2018 14:14:00 293 0

"Suriyada kimyəvi silahların istehsalı üçün gizli yer tapılıb"

Suriya ordusunun verdiyi məlumata görə, Şərqi Qutada muzdlu hərbiçilər kimyəvi silahla bağlı təxribata əl atıblar. Onlar kimyəvi silahdan istifadə edib, bu işdə höküməti günahlandırıblar.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Suriya hökümət qüvvələrinin muzdlu hərbçilərdən azad etdiyi ərazilərdən kimyəvi silahların istehsalı üçün gizli zavod tapılıb.

Bu barədə məlumatı Suriya Ərəb ordusunun polkovniki Feruz İbrahim məlumat verib. 

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də kimyəvi silahların məhv edildiyi təsdiqlənib.