Gəncədə Novruz bayramı yarmarkası fəaliyyətə başlayıb - QİYMƏTLƏR


Sosial 12 Mar 2018 14:11:01 234 0

Gəncədə Novruz bayramı yarmarkası fəaliyyətə başlayıb - QİYMƏTLƏR

Məqsəd vətəndaşların büdcələrinə uyğun bazarlıq etməsinə imkan yaradılmasıdır

Gəncədə “Novruz bayramı yarmarkası- 2018” yarmarkası açılıb. 

"Report" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkalar “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində həftənin şənbə və bazar günləri fəaliyyət göstərir.

Məqsəd vətəndaşların büdcələrinə uyğun bazarlıq etməsinə imkan yaradılmasıdır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, deputat Pərvin Kərimzadə və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Mərkəzində olublar, “Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar. Onlar ticarət mərkəzinin geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. 

Bildirilib ki, təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır. Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər. 

Yarmarkada qiymətlər aşağıdakı kimi müəyyənləşdirilib:

Un (50 kq) 20,60 AZN

Un (25 kq) 10.60 AZN

Un (10 kq) 4.40 AZN

Un (5 kq) 2.30AZN

Mal əti (kq-la) 8 AZN

Qoyun əti (kq-la) 9 AZN

Yumurta (ədədlə) 0.10 AZN

Kartof kq 0.40 AZN

Soğan kq 0.30 AZN

Makaron (1 kq) 0.70 AZN

Vermişel (1 kq) 0.80 AZN

Final çay 1.88 AZN

Limonad (ədədlə) 0.20 AZN

Alma (1 kq) 1 AZN

Mandarin (1 kq) 1.50 AZN

Kolbasa (1 kq) 5 AZN

Sosiska (1 kq) 4.70 AZN

Bizim Süfrə mayonez (500 q) 1.87 AZN

Supersun yağ. (1.200 q) 5.30 AZN