Nazirlik: Fevral ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 806 min barrel olub


Digərləri 12 Mar 2018 14:18:48 239 0

Nazirlik: Fevral ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 806 min barrel olub

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) fevral ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırılıb.

Bakı. Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunub ki, cari ilin fevral ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 751 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 621,3 min barrel xam neft, 55 min barrel kondensat, 20,4 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.