Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb, onlarla insan ölüb və yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB


Dünya 12 Mar 2018 14:03:00 325 0

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb, onlarla insan ölüb və yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Yanğınsöndürənlər briqadası yerə düşərək alovlanan təyyarəni söndürməyə çalışır

İlkin məlumata görə, Nepalın paytaxtı Katmandunun hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 50-dək insan ölüb, 17 nəfər xəsarət alıb. 

Bu barədə "Report" yerli KİV-lərə istinadən xəbər verir.

Bütün yaralılar xəstəxanaya çatdırılıb.

***13:41

Banqladeşə məxsus "Bombardier Dash 8 Q400" sərnişin təyyarəsi Nepalın paytaxtı Katmandunun hava limanında qəzaya uğrayıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Hazırda tüstüyə bürünmüş təyyarədə olan sərnişinlərin sayı məlum deyil.

Yanğınsöndürənlər briqadası yerə düşərək tüstülənən təyyarəni söndürməyə çalışır.

Məlumata görə, "Bombardier Dash 8 Q400" tipli təyyarələr 78-dək sərnişin tutumuna malikdir.