Xızıda yeni avtomobil yolu tikilir (FOTO/VİDEO)


Digərləri 12 Mar 2018 14:07:00 257 0

Xızıda yeni avtomobil yolu tikilir (FOTO/VİDEO)

Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır.

Bakı. Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir. Kənd yolu əvvəllər torpaq-çınqıl örtüklü olub. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildə Dövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır. Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitə ərazilərdə optimal qum-çınqıl qarışığından sitifadə edilərək isə yeni yol əsasının tikintisi də görülür. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.