Britaniyalı komediya aktyoru 90 yaşında vəfat edib


Digərləri 12 Mar 2018 13:25:13 178 0

Britaniyalı komediya aktyoru 90 yaşında vəfat edib

İki həftə əvvəl xəstəxanaya yerləşdirilən aktyorun ölümünə səbəb infoksion xəstəlik olub

Böyük britaniyalı komediya aktyoru Kenn Artur Dodd vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.  

İki həftə əvvəl xəstəxanaya yerləşdirilən aktyorun ölümünə səbəb infoksion xəstəlik olub.

Qeyd edək ki, K.A.Dodd “Alisa möcüzələr diyarında” və “Doktor Kim” kimi film və seriallarda rol alıb. O, eyni zamanda stand-upları və yazdığı musiqiləri ilə məşhurluq qazanıb. 1960-cı ildə səhnədə etdiyi uzun çıxışla Ginnesin Rekordlar Kitabına düşüb.