20 gün əvvəl də İranda eyni səmtdə təyyarə qəzası olmuşdu:


Dünya 12 Mar 2018 13:24:00 210 0

20 gün əvvəl də İranda eyni səmtdə təyyarə qəzası olmuşdu:

Türkiyə təyyarəsi 20 gün ərzində İran ərazisində qəzaya uğrayan ikinci sərnişin təyyarəsidir

Türkiyə təyyarəsi 20 gün ərzində İran ərazisində qəzaya uğrayan ikinci sərnişin təyyarəsidir.

Son.az Haberler-ə istinadla xəbər verir ki, ötən gün "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Qəzadan sağ çıxan olmayıb.