Karateçimiz Bratislavada qızıl medal aldı (FOTO)


Digərləri 12 Mar 2018 13:21:00 234 0

Karateçimiz Bratislavada qızıl medal aldı (FOTO)

M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.

Bakı. 14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən son Avropa çempionatının mükafatçıları Polina Hurenko (-47 kq) və Mədinə Sadıqova (-48 kq), eləcə də Elmir Aşurov (-55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.