Kapitandan ikiqat yubiley


İdman 12 Mar 2018 13:11:00 215 0

Kapitandan ikiqat yubiley

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Müdafiəçi Topaz Premyer Liqasının XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

Goal.az xəbər verir ki, bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.

Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb. (PFL)