Bakıda avtobus sürücüsünün üzünə tüpürən şəxs üzr istədi


Digərləri 12 Mar 2018 13:08:00 220 0

Bakıda avtobus sürücüsünün üzünə tüpürən şəxs üzr istədi

Xəbər verdiyimiz kimi, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün qaydaları pozaraq, avtobusun hərəkət zolağında saxlamış 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu.

Son.az xəbər verir ki, artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat "BakuBus" MMC-yə daxil olub.

Şirkətdən Son.az-a verilən məlumata görə, hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilmiş və hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonar tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, avtobus  sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib.