"BakuBus" sürücüsünü təhqir edən üzr istəsə də, cəzası NƏ OLDU?


Digərləri 12 Mar 2018 13:03:00 264 0

"BakuBus" sürücüsünü təhqir edən üzr istəsə də, cəzası NƏ OLDU?

"BakuBus" sürücüsünü təhqir edən şəxs barəsində inzibati tənbeh tətbiq olunub.

Bakı. Samir Əli - "BakuBus" sürücüsünü təhqir edən şəxs barəsində inzibati tənbeh tətbiq olunub. "BakuBus" MMC-dən Trend-ə verilən məlumata görə, fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus "99-JX-256" dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış "99- AL-789" dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu. Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat MMC-yə daxil olub.