Azərbaycanda ana ölümlərinə görə 50-dən çox həkim və orta tibb işçisi cəzalandırılıb


Digərləri 12 Mar 2018 13:08:09 186 0

Azərbaycanda ana ölümlərinə görə 50-dən çox həkim və orta tibb işçisi cəzalandırılıb

Ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi - tibb bacıları, akuşerlər və s. cəzalandırılıb.

Bakı. İlhamə İsabalayeva – Ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi – tibb bacıları, akuşerlər və s. cəzalandırılıb. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. 2017-ci il ərzində Azərbaycanda 21, bu il isə 3 ana ölümünün baş verdiyini xatırladan S.Məmmədova qeyd edib ki, ötən ilki ana ölümləri zamanı bir necə halda həkim səhvi olub. Buna görə də həmin səhvi edən həkimlər işdən kənarlaşdırılıb: “Məsələn, xəstəyə narkoz verdikdə problem yaranıb və bu, fizioloji ölüm kimi qiymətləndirilib. Xəstə əməliyyata götürüldükdə ona narkoz verilməmişdən əvvəl icrası tələb olunan xüsusi kriteriyalara əməl olunmayıb. Əməliyyat qabağı hazırlıq işləri düzgün təşkil edilməyib, lazımi həcmdə müayinələr aparılmayıb”.