Bakıda qadını şantaj edən saxlanıldı


Digərləri 12 Mar 2018 12:38:00 212 0

Bakıda qadını şantaj edən saxlanıldı

Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.