"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır"


İdman 12 Mar 2018 12:33:00 297 0

"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır"

"Ajax" və "İnter"in sabiq baş məşqçisi Frank de Bur "Manchester United"in hücumçusu Markus Reşford haqqında danışıb. Goal.az xəbər verir ki, holland mütəxəsis "BT Sport"un canlı efirində gənc forvardı tərifləyib.

"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır. O, gənc ingilis futbolçudur. Markus meydana tez-tez çıxmalı və yol verdiyi səhvlərin üstündən keçilməlidir. Amma Mourinyoya nəticə lazımdır. Reşford 1-2 oyunu yaxşı keçirməsə, ehtiyata göndəriləcək. Onun istedadını reallaşdırması üçün oynaması lazımdır. Belə futbolçunu hər tur meydanda görmək istərəm".