"Liverpool"un sabiq futbolçusu 14 yaşlı qızın üzünə tüpürüb


İdman 12 Mar 2018 12:17:00 259 0

"Liverpool"un sabiq futbolçusu 14 yaşlı qızın üzünə tüpürüb

"Liverpool"un sabiq müdafiəçisi Ceymi Karraqer "Sky Sports" kanalında hazırki işini itirə bilər. Bunun səbəbi Premyer Liqanın 30-cu turunda keçirilən "Manchester United" - "Liverpool" (2:1) matçından sonra baş verən hadisədir. Goal.az xəbər verir ki, Karraqer avtomobilindən digər maşında olan "United" azarkeşlərinə tüpürüb. Onun "tüpürcək həmləsi" 14 yaşlı qıza tüş gəlib. Qızın atası bildirib ki, sadəcə olaraq Karraqeri "qırmızı şeytanlar"ın qələbəsinə görə "cinləndirmək" istəyib. Futbol eksperti daha sonra ailəyə zəng edərək üzr istəyib. O, tvitter hesabında bunları yazıb:

"Bu hərəkət yolverilməz idi. Bu axşam həmin ailədən üzr istədim. Onlar şossedə 3-4 dəfə mənə çatıb məğlubiyyəti xatırladır və bunu videoya çəkirdilər. Özümdən çıxdım. Amma bu hərəkətimə bəraət qazndırmıram".

"Sky Sports" da eks futbolçunun bu davranışını pisləyib. Yaxın vaxtlarda tərəflər görüşüb onun gələcəyini müzakirə edəcəklər.