Bakının 2 avtomagistralında sürət həddi endirilib


İqtisadiyyat 12 Mar 2018 12:08:37 281 0

Bakının 2 avtomagistralında sürət həddi endirilib

Bakı Nəqliyyat Agentliyi yağışlı hava ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. 

Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilib ki, yollardakı sürət həddinə əməl etsinlər.