"Hacı Mazan"a qarşı dələduzluq edən şəxs şikayətini geri götürdü


Digərləri 12 Mar 2018 12:02:00 245 0

"Hacı Mazan"a qarşı dələduzluq edən şəxs şikayətini geri götürdü

Ali Məhkəmədə "Medi Sina" klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimov barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə göndərdiyi ərizəsi elan olunub.

M.Həşimov ərizədə şikayətini geri götürdüyünü yazıb.

Məhkəmə kollegiyasının qərarına əsasən, onun kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi təmin edilib. M.Həşimovun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb.

Qeyd edək ki, ittihama əsasən "Medi Sina" klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı ("Hacı Mazan") 163 min manatlıq dələduzluq edib. "Hacı Mazan" müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib.