OPEKin baş katibi Azərbaycana səfər edəcək


Digərləri 12 Mar 2018 11:57:00 223 0

OPEKin baş katibi Azərbaycana səfər edəcək

OPEK-in baş katibi Məhəmməd Barkindo bu həftənin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyindən bildiriblər.

17-19 mart tarixlərinə planlaşdırılan səfər zamanı Azərbaycan və OPEK-in cari münasibətləri, OPEK+ sazişi çərçivəsində təşkilatla əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanın da təşəbbüskar olduğu OPEK və kartelə daxil olmayan ölkələr arasında daha sıx əməkdaşlıq formatının müzakirə olunacağı nəzərdə tutulur.