“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 12 Mar 2018 11:52:22 247 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə olduğu kimi 1.2320$-ın üzərində təklif edilməkdədir. Lakin avronun yenidən 1.2430$ və 1.2550$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. Avropa Mərkəzi Bankı (AMB) bazarları yumşaq monetar siyasətin sonuna hazırlasa da, bazar iştirakçıları açıqlanacaq fundamental göstəricilərlə bunun təsdiqini istəyir. Bu baxımından bu həftə çox önəmli olacaqdır: Bazar ertəsi Bakı vaxtı ilə saat 23:00-da ABŞ-ın büdcə balansı, çərşənbə axşamı saat 14:00-da Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi), saat 16:30-da ABŞ-dan inflyasiya və cümə günü saat 14:00-da Avrozona üzrə inflyasiya. AMB sədrinin çərşənbə günü baş tutacaq çıxışı da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi isə 1.38$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.3929$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 1.4103$-a kimi güclənə bilər.